27 yaşlı kürəkənini qətlə yetirən qaynata: "Belə lazım idi" (VİDEO)

Bakıda qayınata kürəkənini çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib. Rayon ərazisindəki kafelərdən birində Saatlı rayon sakini 27 yaşlı Əliyev Rəvan Arif oğlu öldürülüb. Onun bədənində çoxsaylı bıçaq yarası aşkar edilib.

Rəvan Əliyev həmin kafedə ofisiant işləyirmiş. Ötən gün onun qayınatası, “Azəriqaz”da işləyən 45 yaşlı Lazımov Elçin Nürəddin oğlu kafeyə gəlib. Qayınata və kürəkən masalardan birində əyləşiblər və söhbət eləməyə başlayıblar. Amma söhbət sülh şəraitində keçməyib və gənc oğlan bıçaqlanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkimlər hadisə yerinə çatanadək 27 yaşlı gənc dünyasını dəyişib. Elçin Lazımov qətli törətdikdən sonra bıçağı yerə yıxılan və can verən kürəkəninin üstünə qoyub, özü isə polis əməkdaşlarının gəlişini gözləyib. O, kafedə işləyənlərin niyə bu addımı atması ilə bağlı çoxsaylı suallarına yalnız bir cavab verib: "Belə lazım idi".

Niyə belə lazım olduğunu yəqin ki, Lazımovun özü daha yaxşı bilir. Amma əməkdaşlarımız hadisənin motivləri ilə bağlı araşdırma aparıblar. Məlum olub ki, cəmi bir ildir, evli olan Rəvan Əliyevin ailəsində qısqanclıq zəminində mübahisə varmış.

Beləliklə, yeni ailə quran ər və arvad arasındakı xırda münaqişə, qadının ata evinə qayıtması 45 yaşlı atanı qatilə çevirib, 27 yaşlı gəncin isə həyatına son qoyub.

Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar