"Mənim haqqımda nazirə yanlış məlumat verilib"

Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun işi üzrə proses keçirilib.

Hər iki şəxs ötən il sentyabrın 17-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda günahkar bilir.

Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov “Media forum” saytına bildirib ki, aprelin 24-də hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin digər vəkili Elçin Sadıqov vəsatətlər verib: “Elçin Sadıqov bəzi şəxslərin şahid qismində ifadə verməsini, eləcə də Pərviz Həşimlinin evindən çıxan silahların bir silah kimi istifadəyə yararlı olub-olmaması barədə ekspertiza keçirilməsini istədi. Bu vəsatətlərə hakim növbəti proseslərdə münasibət bildiriləcək.

Prosesdə Təvəkkül Qurbanovun Bakıdakı evindən silah aşkar olunanda hal şahidi qismində iştirak edən Sevda Məmmədova ifadə verdi. Bildirdi ki, qonşusu Aybəniz Məmmədova onu Təvəkkül Qurbanovun evinə zorla aparıb. Evdən silah çıxdığını görüb. Silahı əməliyyatçılara Təvəkkül Qurbanov özü təhvil verib”.

Məhkəmədə Pərviz Həşimli deyib ki, Milli Təhlükəsizlik Nazirliyində onun haqqında nazir Eldar Mahmudova yanlış məlumatlar verirlər.

Növbəti proses aprelin 28-nə təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar