“Azərbaycanın nefti var ki, Ukraynaya versin?”

“Bu gün Azərbaycanda Dövlət Neft şirkəti tərəfindən hasil edilən neft öz daxili təlabatını ödəmir”

“Azərbaycan Ukraynaya enerji resursları ilə bağlı yardım təklifi edib. Lakin Azərbaycanın həmin enerji daşıyıcıları varmı?” Bunu AzPolitika.info-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycanın Ukraynanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi ilə etdiyi təklifə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda Dövlət Neft Şirkəti tərəfindən hasil edilən neft öz daxili təlabatını ödəmir: “Biz ona görə də təklif etdiyimiz yardımı müqavilə əsasında idxal olunan nefti verməli oluruq. Müqavilə nefti isə Azərbaycanın deyil. Müqavilə nefti beynəlxalq Əməliyyat Şirkətinin neftidir və hamısı da müqavilə əsasında öz ünvanına çatdırılmalıdır. Biz bu kiminləsə bağladığımız müqaviləni pozaraq, həmin nefti Ukraynaya verə bilmərik. Çünki müqavilə bağladığımız dövlətlə müqavilədə nə isə düz olmasa, Azərbaycan buna görə cərimə ödəyə bilər. Bu gün isə Azərbaycanın artıq nefti yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar