Eldar İbrahimovun qardaşının bankının lisenziyası bərpa edildi- Milli Banka "arxadan zərbə"

"Kövsərbank" müştərilərə Bakı filialı və Bərdə şöbəsi ilə xidmət göstərəcək

Azərbaycan Mərkəzi Bankı “Kövsərbank”ın lisenziyasını bərpa edib.Turan müəyyən edib ki, qərar bu ayın 9-da qəbul edilib. Bank müştərilərə Bakı filialı və Bərdə şöbəsi ilə (baş ofis nəzərə alınmır) xidmət göstərəcək.

2010-cu ilin dekabrında Azərbaycan Milli Bankı minimal məcmu kapital tələbini ödəməmək (10 mln manat) və başqa səbəblərdən bankın lisenziyasını ləğv etmişdi.

O vaxt bankın İH sədri Heydər İbrahimov Turan-a bildirmişdi ki, bankın kapitalının 10 mln manatdan az olması iddiası ilə razı deyil, çünki məcmu kapitalları 12 mln manatdır və qərardan məhkəməyə şikayət edəcəklər.

2001-ci ildə Azərbaycan Milli Bankı Kövsər Bankın lisenziyasını eyni səbəbdən ləğv etmişdi və bu, məhkəmə çəkişməsinə səbəb oldu. O vaxt məhkəmə bankın tərəfini saxladı. Görünür, bu dəfə də Femida Azərbaycan Milli Bankına "arxa çevirib".

Kövsərbank əvvəllər Universalbank adı ilə fəaliyyət göstərib. Əsas səhmdarı Heydər İbrahimov parlamentin komissiya sədri Eldar İbrahimovun qardaşıdır. Beləliklə, ölkədə bank sayı 44-ə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar