"Avtovağzal" metrosu mayda da açılmayacaq

Bakı Metropolitenin mətbuat xidməti inşası davam edən “Avtovağzal” stansiyası ilə bağlı yeni açıqlama verib.

Mətbuat xidmətindən “Media forum”a bildirilib ki, “Avtovağzal” stansiyasında işlər yekun mərhələdədir: “Ancaq bəzi media quruluşlarında iddia etdiyi vaxtda - bu ilin may ayında açılış mümkün deyil. İşlər davam edir, yeni avadanlıqlar quraşdırılır. Stansiyanın yaxın vaxt ərzində yox, bu il ərzində açılması planlaşdırılır.

Eyni xətt üzrə “Memar Əcəmi-2” stansiyası tikilir. Böyük ehtimalla hər iki stansiyanın açılışı eyni vaxtda olacaq. “Avtovağzal” stansiyasının yanında depo da inşa olunmalıdır. İşlər qrafikə uyğun davam etdirilir. Heç bir ciddi problem yoxdur.

Yeni stansiyalar həm görünüş, həm təhlükəsizlik, həm də daxili quruluş etibarilə fərqlənəcək. Müasir texnologiyalar və yeni avadanlıqlarla təchiz olunmuş “Avtovağzal” stansiyasında platformalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar