Şoyqu müharibə bəyanatı verdi: "Qoşunlar məşq edirlər"

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bu gün bildirib ki, Rusiya Ukraynanın cənub-şərqində hadisələrin inkişafına reaksiya göstərməlidir. ANS PRESS-in məlumatına görə, Şoyqu Ukrayna hakimiyyətinin dinc vətəndaşlara qarşı güc əməliyyatlarını tətbiq etdiyini vurğulayıb: "Biz hadisələrin bu cür inkişafına reaksiya verməliyik".

Onun sözlərinə görə, bu gündən Ukrayna ilə sərhəd rayonlarında Rusiyanın Cənub və Qərb hərbi dairələrinin ümumi qoşun birləşmələrinin batalyon taktiki qruplarının təlimi başlayıb.

"Qoşunlar piyada şəkildə yürüş yerinə yetirmək və döyüş tapşırığını yerinə yetirmək üçün hücuma keçmək məsələləri üzrə məşq edirlər", - deyə o vurğulayıb.

Şoyqu həmçinin bildirib ki, aviasiya dövlət sərhədinin yaxınlığında əməliyyatları gerçəkləşdirmək üçün uçuşlar yerinə yetirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar