Barak Obama erməniləri məyus etdi

ABŞ prezidenti Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə bağlı ənənəvi müraciətində "soyqırımı" ifadəsini işlətmədi

ABŞ Prezidenti Barak Obama yenə erməniləri məyus edib. Obama Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə bağlı ənənəvi müraciətində "soyqırımı" ifadəsini işlətməyib.

Qeyd edək ki, hər il aprelin 24-də ermənilər uydurma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırımı törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar. (anspress.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar