Sarkisyan Ramil Səfərovu öldürmək üçün əmr verib

Dünən qondarma “erməni soyqırımı” ərəfəsində şüvən salan ermənilər, bu dəfə azərbaycanlı zabit Ramil Səfərovu da "unutmayıblar". Dünən erməni saytlarından birində yazar Aykazn Qaqriyanın məqaləsi dərc olunub. Yazıda açıq- aydın terrora çağırış edən erməni yazar , Ramil Səfərovun hələ də öldürülməməsinin "lazımlı olduğunu" yazıb.

"Türkiyə bayrağı yandırılıb. Onunla yanaşı böyük pullar hesabına Ramil Səfərovu Bakıya ekstradisiya edən Macarıstanın da bayrağı yandırlıb. Məlum olub ki, bu əməliyyatda Rusiya da iştirak edib. Amma nədənsə Rusiyanın bayrağı yandırılmayıb. Ramil Səfərovu qəhrəmanlaşdırıblar, bu günə qədər də sağ və salamatdır. Baxmayaraq ki, Serj Sarkisyan Qorik Akopyana (Ermənistan Respublikasının milli təhlükəsizlik xidmətinin direktoru – red.) “xüsusi tapşırıq” verib".

Jurnalistin yazdığından aydın olur ki, Ermənistan prezidenti açıq-aydın şəkildə Azərbaycan zabitinə qarşı terror aktı həyata keçirmək tapşırığı verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar