ATV-nin CANLI YAYIMINDA NƏ BAŞ VERİB? - Yağış reportajları efirə getmədi + VİDEO

“Dünənki yağış getsin gəlməsin. Bu mənzərəyə başqa ad vermək olmur. Dünənki yağış aydınlıqdan başqa hər şey gətirdi. Həyətdə qalıb çıxa bilməyənlər də oldu. Köməyə xilasedicilər gəldi. Elə ATV də onlarla birgə prosesi lentə alıb”.

ATV kanalının xəbərlər proqramında aparıcı xəbəri oxusa da, süjet efirə getməyib. Aparıcı növbəti məlumatı oxumağa davam edib, bu süjet də texniki qüsur səbəbindən efirə “həsrət qalıb”. Aparıcı tamaşaçılardan üzr istəyərək növbəti reportajı təqdim edəcəklərini söz verib və sıradakı məlumatı oxumağa başlayıb. Bu reportajın təqdim edilməsində də problem yaranıb. Zığ ərazisində yaranan sürüşmə haqda məlumatın reportajı da “tilsim”ə düşərək efirə gedə bilməyib.

Xarici xəbərlər isə yarımçıq qalıb və onu vaxtsız reklam əvəz edib.

A24.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar