Bakı Metropolitenində həbslər gözlənilir

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qurumda yoxlamalar aparılması barədə yayılan məlumatlara münasibət bildirilib.

QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu xəbərlər həqiqəti əks etdirmir: “Hazırda köhnə işçilər də iş başındadırlar. Sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək və metronun səviyyəsinin müasir standartlara çatdırılması üçün çalışırıq. Yəni, hazırda heç bir yoxlama aparılmır və bu xəbərlər də həqiqəti əks etdirmir”.

Mətbuat xidmətindən son zamanlar metro qatarlarında yaranmış nasazlıqlara da münasibət bildirilib. Qeyd edilib ki, metroda baş verən hər hansı nasazlıq qeydə alınır və onun aradan qaldırılması istiqamətində tədbirlər görülür: “Metropolitenin iş vaxtından asılı olaraq, qatarlar 16-18 saat reysdə olur. Onların reysdə olduğu müddətdə hər hansı texniki nasazlığın baş vermə ehtimalı az da olsa var. Ancaq əsas məsələ odur ki, sərnişinlərin həyatına təhlükə yarada biləcək, nasazlığa yol verilmir. Əgər hər hansı qatarda ən xırda nasazlıq hiss olunarsa, həmin qatardakı sərnişinlər stansiyada boşaldılır və qatar təmirə aparılır. Ümumiyyətlə, nasaz qatarlar reysə buraxılmır. Bu baxımdan sərnişinlər tam əmin olsunlar ki, hər hansı təşvişə əsas yoxdur”.

***

Tağı Əhmədov da məsuliyyətə cəlb oluna bilər

Bakı Metropolitenində həbslər dalğası gözlənilir. “Azadlıq”a daxil olan məlumatlara görə, metropolitendə aparılan yoxlamalardan sonra həbslərə start veriləcək. Məlumatda deyilir ki, aparılan yoxlamalar metropolitenin keçmiş rəisi Tağı Əhmədovun fəaliyyəti dövrünü əhatə edir.

Artıq bir sıra ciddi korrupsiya əməliyyatları üzə çıxıb. Həmçinin metrodakı ticarətlə bağlı da ciddi faktlar var. Məlumatda deyilir ki, yoxlamalar hələ davam edir. Iddialara görə, əsasən Tağı Əhmədovun kadrları və metropolitendə çalışan yaxınlarına həbs təhlükəsi yaranıb. Hətta Tağı Əhmədovun özünün də məsuliyyətə cəlb olunma ehtimalı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar