ABŞ Dövlət Departamenti Mirqədirovun həbsinə münasibət bildirib

“Biz azərbaycanlı jurnalist Rauf Mirqədirovun Bakıya gələn kimi qəfil həbs edilməsindən narahatıq”. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki belə deyib. “Azadlıq” radiosunun məlumatına görə, Cen Psaki Rauf Miqrədirovun yazılarında Azərbaycan hökumətini tənqid etməsinə, yaxud regionda gərginliyin azaldılması, xalqlar arasında inamın yaradılması üçün keçirilən dialoqda iştirakına görə həbs edilməsi ehtimalının olduğunu vurğulayıb.

“Zerkalo” qəzetinin icmalçısı olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. Baş Prokurorluğun rəsmi məlumatına görə, jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları onlara verib. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar