Obama Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ prezidenti bir neçə Avropa Birliyi dövlətinin başçıları ilə danışıqlar aparacaq

ABŞ prezidenti Barak Obama cümə günü bir neçə Avropa Birliyi dövlətinin başçıları ilə danışıqlar apara bilər. Obama Britaniyanın baş naziri Devid Kemeronla, Fransa prezidenti Fransua Olland, Almaniyanın kansleri Angela Merkel və İtaliya baş naziri Matteo Rensi ilə danışıqlar aparmağa hazırlaşır.

ANS PRESS-in məlumatına görə, Obama Ukraynada vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı yeni sanksiyaları Avropa Birliyinə qəbul etdirmək istəyir.

Avropa Birliyinin üzvlərinin arasında fikir ayrılıqları yaşanıb. Bəzi Avropa dövlətləri, xüsusilə Almaniya və İtaliyanın iqtisadi sanksiyaların tədbiqi ilə bağlı yubanması Amerikanı narahat edib. Bu məsələdə ABŞ AB ilə birlikdə hərəkət etməyə üstünlük verir.

Amerika hakimiyyəti mümkün qədər tez Rusiya Federasiyasına qarşı sanksiyaları qəbul etmək istəyir. Onlar hesab edirlər ki, Rusiya Cenevrə razılaşmalarının şərtlərini yerinə yetirmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar