Özəlləşdirmə yavaşıyır

2013-cü ilin I rübündə Azərbaycanda 150 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib. 2013-cü ilin eyni dövründə 270 belə müəssisə və obyekt özəlləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, ilin əvvəlindən 130 obyektin yerləşdiyi torpaq sahələri satılıb. Bunların bir hissəsindən istifadəçilər formal olaraq imtina edib və onlar açıq hərracda satılıb. Ötən ilin I rübündə 220 torpaq sahəsi satılıb.

12 pul və ixtisaslaşdırılmış pul hərracı vasitəsilə 11 SC-nin səhmləri özəlləşdirilib.

İnvestisiya müsabiqələrində özəlləşdirilən SC-lərə investisiyalar da azalıb. I rübdə onlar 1,3 mln manatdan (I rüb, 2013-cü il) 1 mln manata azalıb.

ƏMDK dövlət büdcəsinə mədaxil barədə, bir qayda olaraq, məlumat vermir. Bu il onu 35 mln manat proqnozlaşdırıblar.

Azərbaycanda özəlləşdirmə rəqabətsizdir, müəssisə və obyektlər start qiymətinə, bazar qiymətindən dəfələrlə ucuz satılır.yerli KİV-ə görə, müəssisələr öncədən məlum olan şəxslərə satılır

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar