Təhsil Nazirliyinin şöbə müdiri nazirin müşaviri təyin olunub

Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi aparılıb. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov vəzifəsindən azad edilib. Bu xəbəri APA-ya açıqlamasında təsdiqləyən A.İbrahimov qeyd edib ki, təhsil nazirinin əmri ilə şöbə müdiri vəzifəsindən çıxarılaraq nazirin müşaviri təyin olunub: “Hazırda təhsil nazirinin 3 müşaviri var – mən, Hüseyn Əliyev və İlham Pirməmmədov. Təhsil nazirinin müşaviri Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rektor təyin olunandan sonra müşavir vəzifəsinə təyin olundum və bu işin icrasına başladım. İndi əsas diqqətimi təhsilin bütün pillələri üzrə təkliflərin hazırlanmasına yönəltmişəm”.

A.İbrahimov əlavə edib ki, hazırda təhsil nazirinin digər müşaviri Hüseyn Əliyev həm də nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi vəzifəsini icra edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar