Rauf Mirqədirovun şikayətinə bu gün baxılacaq

Bu gün saat 3-də Apelyasiya Məhkəməsində Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun apelyasiya şikayətinə baxılacaq. Bu barədə vəkil Fuad Ağayevin “Musavat.com”a verdiyi məlumata görə, jurnalistin məhkəməsi hakim Faiq Qasımovun sədrliyi ilə keçiriləcək. R.Mirqədirovun prosesdə iştirakı gözlənilsə də, proses mətbuat üçün qapalı keçiriləcək. Qeyd edək ki, müdafiə tərəfi R.Mirqədirovun qanunsuz həbs olunması ilə bağlı apelyasiya şikayəti verib.

Aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunan R. Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. R. Mirqədirov Ermənistan xüsusi xidmət orqanları əməkdaşlıqda şübhəli bilinir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar