ATƏT təmsilçiləri Naxçıvanda seçkiöncəsi durumu öyrənirlər

Sentyabrın 25-də ATƏT-in Azərbaycanda prezident seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta və hüquqi məsələlər üzrə analitik Meqan Fitzjerald sentyabrın 25-də Naxçıvana birgünlük səfər ediblər. Bu xəbər Turan-a bölgə müxbiri məlumat verib.

Səfər çərçivəsində nümayəndələr Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər. Daha sonra qonaqlar seçkiöncəsi durumu dəyərləndirmək üçün 4 saylı Naxçıvan şəhər seçki dairəsində olublar. Bundan əlavə, ATƏT təmsilçiləri Xalq Cəbhəsi, Müsavat, Ümid, Vətəndaş Həmrəyliyi və Yeni Azərbaycan partiyalarının təmsilçiləri ilə görüşlər keçiriblər.

Naxçıvan MR-da seçkiöncəsi durum bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri Məlahət Nəsibova, Həkimeldostu Mehdiyev və İlqar Nəsibovla geniş müzakirə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar