Saray bələdiyyəsinin sədri və ərinin qatilinə ömürlük həbs tələbi

belediyyeBakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini istəyib.

Zərərçəkmiş tərəfin nümayəndələri də onun ömürlük azadlıqdan məhrum edilməsini xahiş ediblər.

Fədai Hüseynov isə onlar danışan zaman "yaxşı edib öldürmüşəm" deyib. F. Hüseynovun vəkili məhkəmədən çıxış üçün vaxt istəyib.

Proses oktyabrın 13-də davam edəcək.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar