Kerri sarsaqladı - «Xoruzun quyruğu görsəndi»

mirzeMirzə AĞ

Məlumdur ki, Amerika Birləşmiş Ştatları (ABŞ) adlı dövlət Dağlıq Qarabağ münaqişəsinin (bölgə üçün başağrısının!) həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu deyilən «müəssisə»nin üç həmsədrindən biridir. Deməli, heç olmasa, formal olaraq bu qurum və onun həmsədrləri problemin həllinə çalışmağa borcludur. Nə yazıq ki, təcrübədə bunun əksini müşahidə edirik...

O da var ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin 3-ü də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləridir. Məlumdur ki, BMT TŞ təxminən 20 il bundan əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edib ki, onların hamısında Ermənistan adlı dövlət işğalçı adlandırılıb və ondan tələb olunub ki, öz silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən (Dağlıq Qarabağ və ətraf rayonlar) qeyd-şərtsiz çıxartsın. Bu qətnamələrin qəbununa hər üç həmsədr dövlət səs verib. Fəqət, ötən illər ərzində bu üç «ayağısürüşkən» həmsədr sözügedən qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir iş görməyib, əksinə, «fahişə diplomatiyası» oyunları ilə problemin həll olunmaması üçün əlindən gələni edib və indi də edir. Deyilənə konkret misal olaraq, bir neçə gün bundan qabaq ABŞ-n dövlət katibi Con Kerrinin səsləndirdiyi «taxtabaş bəyanat»ı önə çəkmək istərdim...

KİV-in yaydığı məlumatlara görə, bu «taxtabaş diplomat» deyib ki, Dağlıq Qarabağ probleminin həlli hələlik mümkün deyl, çünki Ermənistan və Azərbaycanq prezidentləri buna hazır deyillər! Düşünürəm - ABŞ kimi superdövlətin xarici siyasətini bunca «axmaq və məsuliyyətsiz diplomat»a etibar edənlər, görəsən, hansı mülahizələrdən çıxış ediblər? Axı, BMT TŞ-nın qətnamələrində münaqişə tərəflərinin problemin həllinə hazır olub-olmaması barədə qeyd-şərt yoxdur. ABŞ adlı dövlət də həmin qətnamələrin lehinə səs verib. İndi istər-istəməz, düşünməli olursan - Con Kerri adlı «taxtabaş diplomat» öz dövlətinin siyasi iradəsinin əksinə gedərək, ona tabe olmur?! Yoxsa ki, belə «ayağı sürüşkənlik» bütövlükdə, ABŞ adlı dövlətin sifətinin idbarlığının yarısını təşkil edir?..

Ötən dövrdə KİV-in yaymış olduğu bəzi məlumatlarda bildirilir ki, hələ SSRİ-nin mövcudluğu illərində həmən bu «taxtabaş» digər riyakar həmfikirləri ilə birlikdə lənətə gəlmiş Mixail Qorbaçova məktub yazaraq, Dağlıq Qarabağın Azərbaycandan alınıb, Ermənistana verilməsini xahiş edibmiş. O zaman Kerri dövləti vəzifə daşımırdı, amma indi ölkəsinin dövlət katibidir. Son bəyanatı göstərir ki, «taxtabaş» öz iyrənc davranışından əl çəkməyib - bir tərəfdən. Digər tərəfdən isə Kerrinin məlum bəyanatı göstərir ki, bu sürüşkənlik elə ABŞ dövlətinin özünün ən qabarıq səciyyəvi xüsusiyyətlərindən biridir! Diplomatik dairələrdə ABŞ-ın və onun dövlət katibi Kerrinin belə davranışına «ikili standart» deyirlər. Mən isə buna «fahişə diplomatiyası» deməkdən özümü saxlaya bilmirəm...

Bütün bunları saf-çürük etdikcə, belə qənaətə gəlinir ki, bundan sonra ABŞ adlı dövlətin «Qarabağ münaqişəsinin həlli» mövzusunda danışmasına nə mənəvi, nə də hüquqi əsas yoxdur! Bu qənaəti möhkəmlədən daha bir arqumenti önə çəkmək istərdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün (dünən) nazirlərlə keçirdiyi müşavirədə münaqişənin həlli istiqamətində Azərbaycana göstərilən pərdəarxası təzyiqlər barədə dedikləri Azərbaycanda hər kəsin hiddətinə səbəb olmaya bilməz! Elə həmin «taxtabaş»lardır ki, o zaman Qorbaçovdan xahiş edirdilər, indi isə Azəraycana pərdə araxasından təzyiqlər göstərirlər ki, Dağlıq Qarabağın müstəqil olmasına razılıq versin. Bu sətirlərin müəllifi olaraq, mən Qarabağ bölgəsindən məcbur koçkünəm və 23 ildir ki, həsrətlə ata yurduma qayıdacağımı gözləyirəm. Amma Kerri kimi «taxtabaş»lar və ABŞ kimi «ayağı sürüşkən» dövlətlər buna imkan vermirlər. Görüm, hamınızı lənətə gələsiniz!!!

Amma Qarabağ əvəzinə, qulağınızın dibini görərsiniz! Azərbaycan xalqı öz qədim diyarı olan Qarabağı heç vaxt, heç bir şərait daxilində itə-qurda güzəştə getməyəcək, biləsiniz. Heç bir köməyiniz, vasitəçiliyiniz də lazım deyil - sadəcə cəhənnəm olub, gedin! İmkan verin, problemi erməni xalqı ilə özümüz həll edək, vəssalam!

Bu gün (dünən) Rusiyanın Suriyadakı fəaliyyətinin araşdırılmasına ehtiyac olduğu barədə Kerrinin səsləndirdiyi son bəyanata Rusiya XİN sözçüsü Mariya Zaxarova xeyli orijinal bir şərh verib: «Kerrinin bəyanatının arxasında ciddi hüquqi nəticələr dayanır». Bu sözləri, «taxtabaş diplomat»ın Dağlıq Qarabağ münaqişəsinin həlli barədə səsləndirdiyi bəyanata da aid etmək olar: Kerrinin Dağlıq Qarabağ probleminin həllinə yönəlik bəyanatı şübhəsiz, ciddi hüquqi nəticələr doğuracaq. Bu yöndə, Azərbaycan xalqını bir petisiya təşkil edib, yekun sənədləri BMT və ATƏT-ə göndərməyə çağırıram - qoy, nəhayət ki, siyasətçilərimiz «taxtabaş»lara quyruq bulmağa son versinlər və konkret əməli hərəkətə keçsinlər...

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar