Millət gərək ayıq ola, yatmaya!

Nureddin1-240x300Nurəddin İsmayıl

Məzlumluğu peşə edən özünə,

Mürgüləyib yuxu verən gözünə,

Yanacaqdır öz odunun közünə,

Millət gərək ayıq ola yatmaya,

Millət odur haqqın yada satmaya.

Qulu olma qul haqqını yeyənin,

Şərindən qaç mələk donu geyənin,

Fərqində ol səni hər gün əyənin,

Millət gərək ayıq ola yatmaya,

Millət odur haqqın yada satmaya.

İşğaldadır dilbər guşən Qarabağ,

Qan ağlayır, haray çəkir Qarabağ,

Hünər göstər xilas olsun Qarabağ,

Millət gərək ayıq ola yatmaya,

Millət odur haqqın yada satmaya.

Barsız qalıb xəzan olan torpağım,

Budağından ayrı düşən yarpağım

Şuşasında dalğalanmır bayrağım,

Millət gərək ayıq ola yatmaya,

Millət odur haqqın yada satmaya.

Məkkəmiz də, Kəbəmiz də vətəndi,

Vətənin sevməyən ruhsuz bədəndi,

Qoruya bilmədik, bədəl ödəndi,

Millət gərək ayıq ola yatmaya,

Millət odur haqqın yada satmaya.

13 oktyabr 2016

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar