Nazarbayevin cavan arvadı və iki oğlu üzə çıxdı - FOTOLAR

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin azyaşlı uşaqlarının fotoları yayılıb. Respublika.kz saytı redaksiyası 74 yaşlı dövlət başçısının üçüncü həyat yoldaşı Asel İsabayevanın və iki oğlunun pasportlarının surətlərini yayımlayıb.

Fotoların altında isə belə yazılıb: “...İndi bizim oxucular millət liderinin varisləri barədə hər şeyi biləcəklər”.

Qeyd edək ki, bu günə qədər prezident Nursultan Nazarbayev haqqında xoşagəlməz və şəxsi həyatına aid olan xəbərləri qızı Dariqa Nazarbayevanın keçmiş əri Rahat Əliyev yayıb.

Nursultan Nazarbayevin üçüncü həyat yoldaşı, 34 yaşlı Asel İsabayeva (hazırda Kurmanbekova) 1999-cü ildə “Qazaxıstan gözəli” seçilib. Bu müsabiqədən bir neçə il sonra Nursultan Nazarbayevlə ailə həyatı qurması barədə söz-söhbətlər yayılıb.

Redaksiyanın təqdim etdiyi pasportların surətlərində olan qeydiyyat yazılarında Nursultan oğlu Taumanın 2005-ci il, aprelin 6-da, Nursultan Baykenin isə 2008-ci li, dekabrın 5-də doğulduğu haqqında bilgilər yer alıb.

Bundan başqa isə Nursultan Nazarbayev oğlu ilə bir neçə dəfə KİV əməkdaşlarının diqqətinə tuş gəlib. Həmin görüntülərdə Nazarbayevin yanındakı kiçik yaşlı oğlan uşağı ilə çox mehriban və qayğıkeş rəftar etdiyi haqqında da da xəbərlər yayılıb (ANS).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar