Leyla Yunus sərbəst buraxıldı -- Ofisində axtarış aparılır- VİDEOLAR- FOTOLAR

21.10

Leyla Yunusun ofisindә vә evindә bu dəqiqələrdə axtarış aparılır.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, axtarışlarda əməliyyatçılar, hal şahidləri, Leyla Yunus özü, vəkillər Xalid Bağırov, Elton Quliyev vә hüquq müdafiәçilәri iştirak edir.

Evə jurnalistlər buraxılmayıb.

***

Hüquq-mühafizə orqanları Leyla Yunusun Nizamı 53 ünvanında yerləşən ofisində axtarış aparırlar. Və jurnalistlər həmin ünvana buraxılmır.

Bununla bağlı jurnalistlərə açıqlama verən Leyla Yunus bildirib ki, ona iki gündür, işgəncə verilir: "Mən deyirəm ki, Azərbaycanda siyasi məhbuslar var. İlham Əliyev isə deyir ki, yoxdur. Mən evləri uçurulanları müdafiə edirəm. Bunlar mənə psixoloji təzyiq edirlər. Bunlarda vicdan yoxdur. 60 yaşım var. Ərim hazırda ölümlə əlləşir. Sona qədər bunları ifşa edəcəyəm. Heç nədən qorxmuram".

---------------

Hüquq müdafiəçisi Leyla Yunusun dindirilməsi başa çatıb. APA-nın Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında olan əməkdaşının verdiyi məlumata görə, Leyla Yunus bir neçə dəqiqə əvvəl vəkili Xalid Bağırovla birgə idarəni tərk edib.

Jurnalistlərin suallarını cavablandıran Leyla Yunus nədə ittiham olunduğunu bilmədiyini deyib: “Mənə əsasən bir müddət əvvəl tutulan jurnalist Rauf Mirqədirovla bağlı suallar ünvanladılar. Onunla əlaqələrimə aydınlıq gətirməyimi istədilər. Mən də həmin suallara cavabımda Rauf Mirqədirovu yaxşı jurnalist kimi tanıdığımı və onunla bir neçə tədbirdə iştirak etdiyimi dedim”.

Qeyd edək ki, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus dünən axşam saatlarında Bakı aeroportunda saxlanılıblar. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir.

***

Hüquq müdafiəçisi Leyla Yunus hazırda Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verir. AzadlıqRadiosunun müxbiri xəbər verir ki, ötən gecə prokurorluq əməkdaşları Leyla Yunusun evində axtarış aparmaq istəsələr də order təqdim etmədiklərindən hüquq müdafiəçisi evinin qapılarını açmayıb.

Aprelin 29-da səhər 7-də Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov da hüquq müdafiəçisinin evinə gələrək axtarış aparılmalı olduğunu bildirib. Ancaq Leyla Yunus evin qapılarını açmaqdan imtina edib.

Leyla Yunus dindirilmək üçün Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

Arif Yunus isə ötən gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar