İLHAM ƏLİYEV YENİ PREZİDENT SEÇKİSİNDƏN DANIŞDI - "Belə plan yoxdur..."

Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını şərh edib.

O, “Sputnik”ə müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib edib. Habelə bildirib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir.

“Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hələ hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bu günkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbətdə ki, bu etimadı doğrultmağa çalışacağam” - İlham Əliyev Dmitri Kiselyovla söhbətində deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar