Ceyhun Osmanlı yenidən MTN-ə aparıldı

Aprelin 28-də millət vəkili Ceyhun Osmanlı növbəti dəfə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq nazirliyə aparılıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, ondan şahid qismində 3 saata yaxın ifadə alındığı qeyd edilir. Məlumatda bildirilir ki, MTN C.Osmanlının Gülən camaatı ilə əlaqələrini, həmçinin onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə yayılmış məlumatları araşdırır. Osmanlının ABŞ fondlarından aldığı yüksək məbləğdə qrantların hansı məqsədlərə yönəldildiyi və necə istifadə olunduğu barədə sorğulandığı deyilir.

Qeyd edilir ki, C.Osmanlının deputat toxunulmazlığının ləğv ediləcəyi və ona qarşı cinayət işinin açılacağı da ehtimal olunur.

Qeyd edək ki, aprelin 19-da millixeber.com saytı C.Osmanlının MTN əməkdaşları tərəfindən saxlandığı barədə məlumat yaymışdı. Ancaq millət vəkili APA-ya açıqlamasında bu xəbəri təkzib edərək məlumatın əsassız olduğunu bildirmişdi. Halbuki, C.Osmanlı aprelin 18-də MTN-ə gətirildiyi və ondan 4 saat ərzində ifadə alındığı barədə məlumat da öz təsdiqini tapmaqdadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar