Qubad İbadoğlu Bağdada getdi - FOTOLAR

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu İraqın paytaxtı Bağdada səfər edib. O Bağdad haqqında öz fikirlərini və şəhərin bir neçə yerindən fotoları sosial şəbəkədəki səhifəsində paylaşıb.

"AzPolitika.info" İqtisadçının yazdığı statusu və fotoları oxuculara təqdim edir:

"Bağdad şəhərindən görüntülər

İraqda müharibə başlamasına baxmayaraq paytaxt Bağdadda sakitlikdir. Amma buna baxmayaraq xüsusi təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə hərəkət edirik. Bizi gəzdirən maşın Şevroletin Suburban modeli zirehli avtomobildir, qapılarının ağırlığına görə onu güclə bağlayırıq.

Sıradan 2-ci və 3-cü şəkillər parlamentin 4-cü və 5-ci şəkillər qaldığım mehmanxananın şəkilidir, hər iki bina yaşıl zonada yerləşir. Mehmanxanın hasarları tikanlı məftillərlə dövriyyə alınıb, bu bina kənardan həbsxananı xatırlatsa da yaşayış üçün çox rahatdır.

Digər şəkilləri şəhərdə parlamentdən baş nazirin ofisinə gedərkən çəkmişəm. Çox təəssüf ki, maşını istədiyimiz yerdə saxlayıb, istədyimiz yerdə tərk edə bilmərik, bu halda bizi müşaiyət edən hərbiçilər təhlükəsizliyimizi təmin etmək üçün yollarda hərəkəti saxlamalıdırlar. Ona görə də daha çox şəkillər maşından çəkilib. Çalışmışam ki, sizlərin də bu sirli və təhlükəli şəhər haqqında təsəvvürlərini formalaşdıra bilim."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar