DOLLAR YENƏ BAHALAŞIR - 3 bank satışı dayandırdı

dollar-1-manat-70-qepik-oldu_156824ffc06988-xebervar_com20 oktyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

Hərrac 1 ABŞ dolları üçün 1,6030 məzənnəsi ilə başlamış və 1,6090 məzənnəsi ilə yekunlaşıb.

Mərkəzi Bankın yeni 3 sessiyalı hərrac sisteminə keçidi ilk günlərdə dolların nəzərə çarpacaq dərəcədə ucuzaşması ilə müşayət olundu. Fins.az xəbər verir ki, bugünkü hərracın nəticəsi yenidən dollara olan tələbatın artdığını göstərir.

Üstəlik valyuta hərraclarının həftənin üçüncü və beşinci günü keçiriləcəyini bəyan edən Mərkəzi Bank artıq ikinci həftədir ki, hərracları ikinci və dördüncü gün aparır. Bu da öz növbəsində bankların valyuta ehtiyaclarını ödəmək üçün üç iş gününə qədər gözləməyin mümkün olmadığından xəbər verir.

Qeyd edək ki, sentyabrda dolların ucuzlaşma tendensiyanı görən maliyyəçilər dolların 1,58-ə düşəcəyini belə ehtimal edirdilər.

Lakin oktyabrın ilk həftəsindən sonra dolların kursu yenidən artmağa başladı.

3 bank dollar satışını dayandırdı

"Bu gün, yəni oktyabr ayının 20-də, 3 bank dollar satışını dayandırıb. Söhbət “Bank VTB (Azərbaycan)”, “Bank Respublika” və “Naxçıvanbank”dan gedir." Bu barədə fins.az-a adı çəkilən banklardan bildirilib. Amma banklar satışın dayandırılmasının səbəbini açıqlamayıb.

Qeyd edək ki,oktyabr ayının 19-na kimi “Bank Respublika” limitsiz, “Bank VTB (Azərbaycan)” 2000 dollar, “Naxçıvanbank” isə 500 dollar limitlə satış həyata keçirirdi.

Bununla da, son bir ayda ilk dəfə dollar satmayan bankların sayı 4-ə yüksəlib. Dollar satmayan banklar sırasında adi çəkilən banklarla yanaşı, “PAŞA Bank” da var.

 

Qeyd edək ki, 21.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6091 manat səviyyəsində müəyyən olunub.Bu barədə Mərkəzi Bankdan bildirilib. Oktyabrın 20-də USD/AZN rəsmi məzənnəsi 1,6030 manat səviyyəsində olub.

Qeyd edək ki, bu ilin 11 Mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar