Başika bazasına ixtiyari hücum təcavüz kimi qiymətləndiriləcək! - Türkiyə hökuməti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə hakimiyyəti İraqın şimalındakı Başika bazasına «İslam dövləti» (İD) adlandırılan terrorçu qruplaşma döyüşçülərinin ixtiyari hücumunu Ankaraya qarşı təcavüz kimi dəyərləndirəcək. Bu bəyanatla Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş çıxış edib.

Türkiyə hərbi təlimatçılarının hazırladığı 3 minə yaxın «peşmərgə» kürd hərbiləşdirilmiş birləşmələrinin döyüşçüləri Mosulun «İD»-dən azad edilməsi əməliyyatlarında iştirak edir. Rəsmi Ankara bundan əvvəl dəfələrlə bəyan edib ki, Türkiyəyə yönəlik «İD» təhlükəsi aradan qalxmayınca, bazanı tərk etməyəcək.

«Əgər Başika bazasına hücum baş verərsə, bu, Ankaraya qarşı təcavüzdən başqa bir şey olmayacaq» - deyə, «Milliyet» qəzeti Baş nazir müavinindən sitat gətirir.

Qurtulmuşun sözlərinə görə, Mosulda və onun ətraf rayonlarında fəaliyyət göstərən terrorçu təşkilatlar qonşu Türkiyə üçün təhlükə yaradır.

«Mosulda balansın dəyişməsi Türkiyəyə doğru yüzlərlə qaçqın dalğası yaradacaq. Biz ümid edirik ki, Türkiyənin narahatlığına səbəb olacaq hadisələr baş verməyəcək və Mosul qısa müddət ərzində «İD»-dən təmizlənəcək»-deyə, Qurtulmuş qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar