Bankomatlar üçün yeni təhlükə yaranıb

Biometrik məlumatların tanınmasına əsaslanan bankomat həllərinin tətbiqinə nəinki maliyyə qurumları, həm də fırıldaqçılar hazırlaşırlar.

"Report"un “Kaspersky Lab” şirkətinin apardığı araşdırmanın nəticələrinə əsasən verdiyi xəbərə görə, hazırda fırıldaqçılar oxuyuculara biometrik informasiyanın surətini çıxarmağı “öyrədirlər”.

“Kaspersky Lab” şirkəti indi "qara bazar"da barmaq izi məlumatlarını oğurlayan skimmer təklif etmiş 12 satıcı, biləkdə damar sistemini və göz bəbəyini tanıyan sistemləri qırmağa imkan verən texnologiyalar üzərində işləyən ən azı üç tədqiqatçı aşkar edib.

Ekspertlərin sözlərinə görə, 2015-ci ilin sentyabrında "qara bazar"da ilk biometrik skimmerlərin satış öncəsi sınağı keçirilib. Daha sonra bir neçə səhv aşkarlanıb ki, bunlardan ən əsası biometrik məlumatların ötürülməsi üçün istifadə edilən GSM modullarında tapılıb. Belə ki, onlar irihəcmli informasiyanı daşıya bilməyiblər, bu da o deməkdir ki, bu cür skimmerlərin yeni versiyasında məlumatların ötürülməsi üçün daha sürətli texnologiyalardan istifadə olunacaq.

Eyni zamanda aydın olub ki, kibercinayətkarlar arasında insan simasının maskalanmasına imkan verən mobil tətbiqin yaradılması məsələsi aktiv şəkildə müzakirə edilir. Bu cür proqramlar sosial şəbəkələrdə paylaşılan real insan fotolarından simaların tanınması siteminin yanıldılması üçün istifadəyə imkan verir.

Qeyd edək ki, bankomatlara təhlükəni yalnız biometrik məlumatları əldə etməyə imkan verən alətlər yaratmır. Hakerlər qurğunu uzaqdan idarə etmək üçün xüsusi quraşdırılmış mikrokompüterlərə (“black box”) – zərərli proqramlardan istifadəni, həmçinin bank kartları məlumatlarını əldə etməyi, daha sonra isə nağd pul çıxarmaq üçün şəbəkə komponentlərinə hücumu davam etdirirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar