Əsgəri öldürənlərə hökm oxundu

Bu gün Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki N saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun müəmmalı ölümündə təqsirləndirilən 3 nəfərin işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən Ruslan Cavadov 10 il, Elməddin Babayev və Cəmil Ağayevin hər biri 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, adları çəkilən manqa komandirləri əsgərləri, o cümlədən T.Babaşovu sırada düzgün addımlamamaq, axşam "yat" komandasından sonra öz aralarında danışmaq və başqa bəhanələrlə döyüblər.

Hadisə baş verən gün isə T.Babaşov tualeti yumaq göstərişinə əməl etmək istəmədiyinə görə manqa komandiri R.Cavadov onu elə ayaqyolunda döyüb, çəkməsinin ipi ilə boğub. Bundan sonra T.Babaşov özünü üçüncü mərtəbədə yerləşən ayaqyolunun pəncərəsindən ataraq intihar edib.

Lakin T.Babaşovun yaxınları onun intihar etməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin tarix fakültəsini qırmızı diplomla bitirmiş T.Babaşov evin yeganə oğlu olub. O, 2015-ci il mayın 22-də dünyasını dəyişib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar