Putin Donbasda sülhməramlıların yerləşdirilməsinə razılıq verdi

putin_albom_080816Rusiya prezidenti Vladimir Putin ATƏT-in sülhməramlı missiyasının Donbasda yerləşdirilməsi ideyasını dəstəkləyib.

O cümlədən Almaniyanın bu beynəlxalq təşkilatda iştirakı nəzərə alınmaqla. Avropa.info xəbər verir ki, bu barədə “Normand dördlüyü”nün görüşünün nəticələri barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“ATƏT-in missiyasının yerləşdirilməsi həqiqətə uyğundur, Putin danışıqlar zamanı buna razılığını verib” – Kreml nümayəndəsi belə deyib.

Peskov qeyd edib ki, Rusiya məsələnin həllini sürətləndirmək üçün Almaniyanın ATƏT-dəki sədrliyindən səmərəli istifadə etməyə çağırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar