Qətərin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Qətərin keçmiş əmiri şeyx Xəlifə bin Həməd Əl-Taninin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Qətərin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitabı bu gün saat 13:00-dan 15:00-dək, oktyabrın 25-də və 26-da isə saat 11:00-dan 15:00-a qədər açıq olacaq.

Bundan əlavə, səfirlikdə matəm əlaməti olaraq, dövlət bayrağı endirilib.

Qeyd edək ki, keçmiş əmir şeyx Xəlifə bin Həməd Əl-Tani oktyabrın 23-də 85 yaşında vəfat edib. Sabiq hökmdarın vəfatı ilə əlaqədar Qətər hökuməti üç günlük matəm elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar