Xəstəxananın həyətində üzərində döymələr olan meyit tapıldı

Bakıda xəstəxanalardan birinin həyətində 25-30 yaşlarında naməlum kişi meyiti aşkarlanıb.

"Report"un xəbərinə görə, hadisə ötən gün Sabunçu rayonunda yerləşən Bakı Baş Səhiyyə İdarəsinin 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının həyətində qeydə alınıb.

Kimliyi bilinməyən şəxsin bədəninin müxtəlif nahiyələrində çoxlu sayda döymələr var.

Ölənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar