Venesuela parlamenti prezidenti dövlət çevrilişində günahlandırıb!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Venesuelanın parlamenti prezident Nikolas Maduronu ölkədə dövlət çevrilişi həyata keçirməkdə ittiham etdib.

Ölkənin ali qanunverici orqanı özünün fövqəladə iclasında xüsusi bəyannamə qəbul edib. Sənəddə prezidentin impicment proseduruna başlanması niyyəti barədə söhbət açılır. Bu qərar, prezident səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması barədə referendum Nikolas Maduro tərəfindən qeyri-müəyyən müddətə təxirə salınandan sonra qəbul olunub.

Əsasən müxalifət nümayəndələrindən ibarət olan paprlamentin üzvləri dövlət başçısının administrasiyasını Beynəlxalq cinayət məhkəməsinə verməyə hazırlaşırlar.

Xatırladaq ki, bu günlərdə Venesuelanın prezidenti Nikolas Maduro Azərbaycana rəsmi səfərə gəlmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar