500-dən artıq narkoman bərpa mərkəzindən qaçıb! - Vyetnamda

narkomania_3011AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Vyetnamda 500 nəfərdən artıq narkoman bərpa mərkəzindən qaçıb. Pasiyentlər mühafizəni neytrallaşdırdıqdan sonra, Donqnay əyalətində yerləşən xüsusiləşdirilmiş tibb müəssisəsinin ərazisini tərk ediblər. Bu barədə xəbəri «VnExpress» informasiya portalı yayıb.

Qaçaqları saxlamaq məqsədilə yerli polis qüvvələri səfərbər edilib. Bu gün səhər çağına qədər polis qüvvələri təxminən 150 nəfəri saxlayıb, mərkəzə qaytara bilib. Digərlərinin axtarışı davam edir.

Polisin verdiyi məlumata görə, qaçaq narkomanlardan ibarət kütlə artıq bərpa mərkəzinin yaxınlığında yerləşən bir özəl mağazanı talan edəb, sahiblərindən pul tələbi ilə dayanacaqdakı avtomobillərin şüşələrini sındırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar