Çin Baykalda turizm sektoruna 11 milyard dollar sərmayə yatıracaq!

cinAzPolitika.info xarici KİV-ə istinadlə xəbər verir ki, Çinin «Çjunszinsin» şirkəti və «Qrand Baykal» turizm operatoru (Rusiya) əməkdaşlıq haqqında memorandum imzalayıb. Sənəd çərçivəsində Baykalda turizm klasteri yaratmaq nəzərdə tutulub. Bu barədə «Qrand Baykal» turizm agentliyi xəbər verib.

Layihəyə qoyulacaq sərmayənin ehtimal edilən həcmi 11 milyard dollar ətrafındadır. Hal-hazırda Çin sərmayədarlarının daxılı formalaşdırılır. İlkin mərhələdə bu daxılı «Çjunszinsin» şirkəti təmsil edir.

Ləyihədə Rusiyalı iştirakçıları Baykal bölgəsində fəaliyyət göstərən «Qrand Baykal» turizm şirkəti təmsil edir.

Şirkətin yaydığı pres-relizdə deyilir ki, Rusiya və Çin Baykal bölgəsində «dünya miqyaslı turizm klasteri» yaratmağı planlaşdırır. Bu məqsədlə bölgədə turizm obyektlərinin, nəqliyyat və logistika infrastrukturunun tikilməsi nəzərdə tutulur.

O da xəbər verilir ki, Şanxay əməkdaşlıq təşkilatı (ŞƏT) bu layihəyə prioritet statusu vermək barədə məsələyə baxır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar