Kiyev Suriyanın qərarını protest etdi!

Ukrayna-bayraqAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, rəsmi Kiyev Suriyanın Krımı Rusiya Federasiyasının tərkib hissəsi kimi tanması barədə qərarını protest edib.

Ukraynanın xarici işlər nazirliyi (XİN) Suriyanın ölkədəki müvəqqəti işlər vəkilini nazirliyə dəvət edib və ona etiraz notası təqdim olunub. Bu bəyanatla Ukrayna XİN mətbuat katibi Maryana Bestsa çıxış edib.

«Oktyabrın 20-də XİN qəti etiraz bildirmək və Suriya parlamenti sədrinin Krım barədə söylədiyi fikirə izahat almaq məqsədilə Suriyanın ölkədəki müvəqqəti işlər vəkilini dəvət edib»-deyə, «Ukrainskaya pravda» nəşri mətbuat katibindən sitat gətirir.

Ukrayna XİN nümayəndəsinin sözlərinə görə, Kiyev Suriya parlamenti sədrinin bəyanatını «öz ölkəsinə yönəlik dərin hiddət hissləri doğuran qeyri-dost addım kimi dəyərləndirir».

Bundan əvvəl Suriya parlamentinin spikeri Xədicə Abbas «Sputnik» agentliyinə verdiyi müsahibədə bəyan etmişdi ki, Suriya Krımı Rusiyanın ayrılmaz hissəsi olaraq tanıyır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar