Kiçik marketlər üçün pessimist ssenari

Əvvəllər daha çox Bakıda yarışan şəbəkələr, indi rayonlarda da öz şöbələrini açırlar.

Bakıda supermarketlər şəbəkəsi ərazilər üstündə mübarizə aparırlar. Bəzən bir zonada 3-4 iri şəbəkənin təmsil olunduğuna da rast gəlinir.

Son iqtisadi səngimə ilə əlaqədar supermarket şəbəkələri müvəqqəti olaraq genişlənmə planlarını təxirə salıblar. Bəzi yeni şəbəkələr hətta bir qədər kiçildilər.

İqtisadiyyat canlandıqda supermarketlərin yeni şöbələr açmağa davam edəcəkləri gözlənilir.

Məhəllə marketlərilə müqayisədə iri supermarket şəbəkələrində xidmət yüksək, çeşid isə çox olur. Ekspertlərə görə, bu ilkin mərhələdə belədir, gələcəkdə ərazidə hökümranlıq qazanan market öz şərtlərini də diqtə etməyə başla bilər.

Hansısa ərazidə iri supermarketlər açıldıqda məhəllə marketləri sıradan çıxırlar. Artıq bu barədə iri şəbəkələrin geniş yayıldığı ölkələrdə müzakirələr başlayıb. Məsələn, Türkiyədə iri supermarketlərin həddindən çox yayılmasına qarşı çıxanlar var.

Türkiyə Əsnaf və Sənətkarlar Konfederasiyasının (TESK) Baş direktoru Bendevi Palandöken, Türkiyədəki şəbəkə supermarketlərin bir çoxunun xarici kapitallı olduğunu bildirərək, "Kiçik bir küçədə tək bir baqqal bütün küçə sakinlərinə xidmət verərkən, eyni küçədə 100-200 kvadrat metrlik sahəsi olan 5 şəbəkə supermarketin açılması, iqtisadiyyatın məntiqinə tərsdir" deyib.

Palandöken, yazılı açıqlamasında, məhəllə aralarına girən şəbəkə supermarketlərin əvvəlcə kiçik məhəllə marketlərinin, sonra da bir-birlərinin sonuna çıxacaqlarını vurğulayıb:

"Ölkəmizdə şəbəkə supermarketlərin sayı 24 min 618-ə çatıb. Öz ölkələrində küçə aralarında market açmayan xarici supermarketlər, bizim ölkəmizdə bazarda piştaxta açın kimi açırlar. Kiçik bir küçədə tək bir baqqal bütün küçə sakinlərinə xidmət verərkən, eyni küçədə 100-200 kvadrat metrlik sahəsi olan 5 supermarketin açılması, iqtisadiyyatın məntiqinə belə tərsdir. Bəllidir ki, məqsəd əvvəlcə məhəllə marketlərini, sonra da bir-birinin sonuna çıxmaqdır. Əkinçini fəhlə, dükançını da satıcı etdilər. Ancaq unudulmamalıdır ki, bu şəkildə rəqabət şəraiti olmadığı zaman qiymətlər artar, ən böyük zərbə də istehlakçıya dəyə bilər".

Palandöken, Gömrük və Ticarət Nazirliyinin tətbiq edəcəyi tənzimləmə ilə market sayının əhali sıxlığına görə müəyyən olunacağını bildirib. O, bu gün "miqyas iqtisadiyyatı" yaradıb, malları daha ucuz tədarük edənlərin sabah istehsalçı və topdansatıcını da çətin vəziyyətdə qoya biləcəyini və dünyada bunun nümunələrinin baş verdiyini qeyd edib.  /marja.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar