"Türkiyədə 28 163 təhsil işçisi vəzifədən kənarlaşdırılıb" - Nazir

"Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra 28 163 nəfər vəzifədən kənarlaşdırılıb".

"Report" "TRTHaber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin təhsil naziri İsmet Yılmaz II Təhsil Konqresinin açılışındakı çıxışında bildirib.

"Hazırda 20 088 nəfərin tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı tədbirlər davam edir. FETÖ ilə heç bir əlaqəsi olmayan 5 078 nəfər vəzifəsinə geri qaytarılıb. 10 877 təhsil işçisinin isə terrorçu PKK qruplaşması ilə əlaqədə olub-olmaması araşdırılır. Onlardan 424-ü terrorçu qruplaşma ilə əlaqəsi olmadığına görə işinə qayıdıb".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar