İran neft hasilatının dondurulması planına qoşulmağa hazırdır

İran neft hasilatınının müəyyən səviyyədə dondurulması planına qoşulmağa hazırdır.

“Report”un RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İRNA agentliyinə İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaniniyə bildirib.

O qeyd edib ki, İran dünya bazarında qiymətlərin sabitləşməsi üçün neft hasilatının müəyyən səviyyədə dondurulması planına qoşulmağa hazırdır. Nazir müavini hesab edir ki, neftin “ədalətli və arzuolunan” qiyməti 55-60 dollar/barel arasındadır: ”Bu qiymətə 2017-ci ildə nail olmaq mümkündür".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar