İraqın neft nazirinin bəyanatı nefti ucuzlaşdırır

baki baki azerbaycan neft oilDünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayıb.

“APA-Economics” “Reuters” agentliyinə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,65 dollar azalaraq 50,20 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,44 dollar azalaraq 51,34 dollar olub.

“Reuters” agentliyinin yaydığı məlumata əsasən, neftin ucuzlaşmasına səbəb OPEC-ə daxil olan İraqın neft hasilatının dondurulması ilə bağlı sövdələşmənin əleyhinə olduğunu bəyan etməsidir.

İraqın neft naziri Cabar Ali al-Luaibi sözlərinə görə, Bağdad neft hasilatını dondurmaq istəmir. İraq isə bu aydan etibarən neft hasilatını artıra biləcəyini deyib.

Buna baxmayaraq, İran bildirib ki, İraqın bu addımı OPEC-ə üz olan digər ölkələri sövdələşməyə qoşulmağa həvəsləndirəcək.

Xatırladaq ki, sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri sutkalıq neftin hasilatını 32,5 - 33 mln. barrel səviyyəsində dondurmağı razılaşdırıb. Lakin ayrı-ayrı ölkələr üçün hər hansı limitlə (kvota) bağlı razılıq yoxdur. Yekun qərar noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcək. OPEC bu razılaşmaya başda Rusiya olmaqla, digər ölkələrin də qoşulmasını istəyir. Bu məsələ Beynəlxalq Enerji Konqresi çərçivəsində baş tutacaq qeyri-formal görüşdə də müzakirə olunacaq. Bir çox analitiklər hesab edir ki, məhz bu görüşdən sonra bazarda müəyyənlik yaranacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar