Qaxda 65 yaşlı kişi sirkə turşusu içərək ölüb

Onun hansı səbəblərdən sirkə turşusu içməsi aparılacaq araşdırmalardan sonra bilinəcək

Qax rayon sakini sirkə turşusu içərək ölüb.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax şəhəri, Yunus Əmrə küçəsi, ev 15 ünvanında baş verib.

Belə ki, həmin evin sakini, 1951-ci il təvəllüdlü İlidon Pavlioviç Babacanaşvili naməlum səbəblərdən sirkə turşusu içib. Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 65 yaşlı İlidon Babacanaşvili reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlidon Babacanaşvilinin hansı səbəblərdən sirkə turşusu içməsi aparılacaq araşdırmalardan sonra bilinəcək.

Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar