"BMT-nin islahatlara ehtiyacı var" - Ərdoğan

BMT-nin məqsədlərinə layiqincə nail olmaq üçün islahatlar aparmağa ehtiyacı var.

Axar.az xəbər veri ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin yaranmasının 71-ci ildönümü münasibəti ilə açıqlamasında bildirib.

"Ölkəmizin də qurucuları arasında olduğu Birləşmiş Millətlər Təşkilatının 71-ci ildönümü millətimiz və bütün bəşəriyyət üçün xeyirli olsun. Qədim tarixi, zəngin mədəni təcrübəsi, strateji mövqeyi və təbii gözəllikləri ilə İstanbulun BMT-nin mərkəzi olaraq təşkilatın missiya və hədəflərinə çox dəyərli töhfələr verəcəyinə inanırıq”, - Ərdoğan qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar