ABŞ heyrət içindədir! - Prezidentin bəyanatlarından...

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ və digər ölkələr Filippin prezidenti Rodriqo Dutertenin ABŞ-la «vidalaşması», bütün dünyaya qarşı Çin və Rusiya ilə dostluq barədəki son bəyanatlarından heyrət içindədir. Bu barədə ABŞ dövlət katibinin Filippinə səfər edən müavini Deniyel Rassel bəyan edib.

Rassel - Asiyada ən yüksək ranqlı amerikalı diplomatdır. O, deyib ki, Dutertenin bəyanatı Filippinin niyyətləri barədə «qeyri-müəyyənlik atmosferi» yaradır.

Bundan əvvəl Rodriqo Duterte özünün narkobizneslə mübarizə üsullarının tənqid edilməsinə cavab olaraq, bəyan edib ki, Filippinin ənənəvi müttəfiqi olan «ABŞ-la vidalaşmağın vaxtıdır».

Filippində Dutertenin narkotiklərə qarşı elan etdiyi müharibə ölkədə minlərlə məhkəməsiz edamlara səbəb olub. Belə hal ABŞ-ı narahat edib və Rassel bu narahatlığı Manilaya səfər edərkən növbəti dəfə xatırladıb.

Duterte oktyabr ayında Çində keçirilən iqtisadi forumda deyib: «Mən, bizim ideoloji sahədəki müttəfiqlərimizi dəyişirəm və mümkündür ki, mən Rusiyaya gedim və Putinə deyim: Bundan sonra biz üçümüz - Çin, Filippin və Rusiya dünyanın qalan hissəsinə qarşıyıq. Başqa yol yoxdur. Mən elən edirəm ki, Birləşmiş Ştatlarla «vidalaşıram» - həm hərbi baxımdan, həm sosial baxımdan, həm də iqtisadi baxımdan, Amerika uduzub...».

Bunun cavabında ABŞ Dutertedən izahat istəyib - nəyi nəzərdə tutursan? Axı, bu bəyanatlar Birləşmiş Ştatlarla Filippin arasındakı yaxın münasibətlərin ruhu ilə ziddiyyət təşkil edir...

Məlumat üçün bildirək ki, 19-cu əsrin lap sonlarında ispan-amerikan müharibəsinin nəticələrinə uyğun olaraq, ABŞ Filippini İspaniyadan satın alıb. Bundan sonra Filippin əvvəlcə müstəqil ərazi, ardınca isə ABŞ-ın tərkibində muxtariyyət olub.

İkinci dünya müharibəsi zamanı Filippin Yaponiya tərəfindən işğal olunub, sonra 1946-cı ildə ABŞ onu azad edərək, müstəqillik verib.

Həmin vaxtdan bəri ABŞ və Filippin yaxın müttəfiqlik münasibətlərində olub. Sorğular göstərir ki, bu ölkədə ABŞ-a yönəlik müsbət fikirdə olanların sayı Çin və Duterte tərəfdarlarının sayını dəfələrlə üstələyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar