Bakı sakini qonşusunu huşu itənədək bel ilə döyüb

ambulans-turkiyede-tecili-yardimBakıda qonşular arasında dava düşüb, onlardan biri xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə M.Ə.Rəsulzadə qəsəbəsi, Sərabski küçəsi 18 ünvanında qeydə alınıb.

1982-ci il təvəllüdlü İsmayılov Amil Qnyaz oğlu qonşusu ilə mübahisə edib. Söz mübahisəsi əlbəyaxa davaya çevrilib. A.İsmayılov qonşusunun bel ilə hücumuna məruz qalıb. Baş və bədən nahiyəsindən aldığı xəsarətlərdən huşunu itirən A.İsmayılov 1 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanının əməkdaşları araşdırma aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar