Neftin ucuzlaşması davam edir

oil_230815Dünya bazarında neft ucuzlaşması davam edir.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar azalaraq 50,49 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,09 dollar azalaraq 51,37 dollar olub.

Neftin ucuzlaşmasına səbəb OPEC-ə daxil olan İraqın neft hasilatının dondurulması ilə bağlı sövdələşmənin əleyhinə olduğunu bəyan etməsidir. Adıçəkilən ölkənin neft naziri Cabbar Əli al-Luaibinin sözlərinə görə, rəsmi Bağdad neft hasilatını dondurmaq istəmir. Nazir hətta bildirib ki, İraq bu aydan etibarən neft hasilatını artıra bilər.

Buna baxmayaraq, İran bildirib ki, İraqın bu addımı OPEC-ə üzv olan digər ölkələri sövdələşməyə qoşulmağa həvəsləndirəcək.

Xatırladaq ki, sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdə OPEC üzvləri sutkalıq neftin hasilatını 32,5 - 33 mln. barrel səviyyəsində dondurmağı razılaşdırıb. Lakin ayrı-ayrı ölkələr üçün hər hansı limitlə (kvota) bağlı razılıq yoxdur. Yekun qərar noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşdə veriləcək. OPEC bu razılaşmaya başda Rusiya olmaqla, digər ölkələrin də qoşulmasını istəyir. Bu məsələ Beynəlxalq Enerji Konqresi çərçivəsində baş tutacaq qeyri-formal görüşdə də müzakirə olunacaq. Bir çox analitiklər hesab edir ki, məhz bu görüşdən sonra bazarda müəyyənlik yaranacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar