Gürcüstana 3 milyondan artıq rubl keçirmək istəyərkən saxlanıldı

Gürcüstana 3 milyondan artır rubl keçirmək istəyən azərbaycanlı sərhəddə saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, oktyabrın 23-də “Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu DSX əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.

Faktla bağlı əməliyyat-İstintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar