Yük avtomobili səki ilə hərəkət edən piyadanı vurdu

Bakıda səki ilə hərəkət edən gənci yük maşını vurub.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Piyada səkisi ilə hərəkət edən 1993-cü il təvəllüdlü Qarayev Sənan Süleyman oğlunu "KamAZ" markalı yük avtomobili vurub. Qəza zamanı yük avtomobili yol kənarı ilə hərəkət edib. Piyadanı görməyən sürücü idarə etdiyi yük avtomobilinin sağ tərəfi ilə ona çırpılıb. S.Qarayev aldığı bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar