Tacikistandan Azərbaycana yüksək səviyyəli səfər planlaşdırılır
Baxiş sayı:
Dərc olunub:
25/10/2016 - 11:42
Tacikistandan Azərbaycana yüksək səviyyəli səfər baş tuta bilər.
Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov Trend-ə müsahibəsində bildirib ki, hazırda bu məsələyə iki ölkənin müvafiq qurumları tərəfindən baxılır.
Səfirin sözlərinə görə, bundan başqa, ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq gedir.
Z.Saidov xatırladıb ki, hazırda Azərbaycan-Tacikistan münasibətləri 30-dan çox saziş və müqavilə ilə tənzimlənir: "Bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün qarşılıqlı səylər göstərilir".
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.