Əmanətçilərə 590 mln. manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 mln. 883 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 51 mln. 22 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 23 mln. 75 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 858 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 109 mln. 838 min manatdan artıq kompensasiya veriib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 110 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 15 mln. 986 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 978 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 319 mln. 269 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 590 mln. 131 min manatdan artıq kompensasiya ödənilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar