GENERAL OĞLU SAXLANILDI - Təzyiq nəticə vermədi

"Həmin general hərbi sahədə çalışır və kifayət qədər yüksək vəzifə sahibidir"

Bakıda general oğlu avtoxuliqanlıq etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Bu barədə Avtosfer.az-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.

Bildirilir ki, həmin sürücü bundan əvvəl də avtoxuliqanlıq etdiyi üçün saxlanılıbmış. Həmin vaxt məsuliyyətdən kənarda qala bilsə də, bu dəfə yol polislərinin qətiyyətli davranışı nəticəsində general oğlu cəzasız qalmayıb. Atasının bütün cəhdlərinə baxmayaraq «avtoş» oğulla bağlı materiallar yol polisi tərəfindən toplanılaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 500 manat cərimə olunub. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

General atası bu qərardan narazı qalaraq oğlunu haqlı çıxarmaq üçün rayon məhkəməsinin qərarından apelyasiya şikayəti versə də, ilkin instansiyanın çıxardığı qərar qüvvədə qalıb. Bununla da, general oğlu cərimə ödəməklə yanaşı, sürücülük vəsiqəsi ilə 1 il müddətinə vidalaşmalı olub.

Generalın yol polisinə təzyiqlərinə baxmayaraq DYP əməkdaşları hətta, «avtoş» sürücünün inzibati qaydada həbs olunmasına da çalışıblar. Lakin məhkəmə onu cərimə və sürücülük hüquququndan məhrum etməklə kifayətlənib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin general hərbi sahədə çalışır və kifayət qədər yüksək vəzifə sahibidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar