56 yaşlı qadın intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 56 yaşlı Südabə Məhəmməd qızı Həsənova zəhərli maddə içib. Onu qonşuları huşsuz vəziyyətdə yaşadığı binanın blokunda aşkar ediblər. S. Həsənova dərhal xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar